Qanalı ilə yaxından maraqlanır - “Qarabağ”ın rəqibi

25 Oktyabr 2025 00:20 İngiltərə 783
Qanalı ilə yaxından maraqlanır - “Qarabağ”ın rəqibi

“Bornmut”un yarımmüdafiəçisi Antuan Semenyo karyerasını İngiltərə Premyer Liqasının aparıcı klubunda davam etdirə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçuya “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” ciddi şəkildə maraq göstərir.

Bununla belə, “Bornmut” qış transfer pəncərəsində qanalı oyunçunu satmaq niyyətində deyil. Onun transferi yalnız gələn yay mümkün ola bilər. Klub onu 75 milyon avro dəyərində qiymətləndirir.

Semenyonun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna kimidir. O, cari mövsümdə Premyer Liqada 8 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!