İcarəyə götürmək istəyir - “Atletiko”nun yarımmüdafiəçisini

00:10 İngiltərə 79
İcarəyə götürmək istəyir - “Atletiko”nun yarımmüdafiəçisini

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher yenidən “Mançester Yunayted”in transfer hədəfləri arasında yer alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu cari mövsümdə “Atletiko”nun start heyətində az şans qazandığı üçün artıq qışda vətəninə qayıda bilər.

“Mançester Yunayted” yanvarda Qallaheri icarəyə götürmək üçün danışıqlara başlaya bilər. Madrid klubu onu icarəyə buraxmağa razılıq versə, tərəflər arasında razılaşma mümkündür.

Bununla belə, “Atletiko” 25 yaşlı futbolçunun tam transferi üçün ən azı 40 milyon avro tələb edəcək. “Qırmızı şeytanlar”ın bu məbləğlə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil.

Qallaher 2024-cü ildə “Çelsi”dən “Atletiko”ya 42 milyon avroya transfer olunub və onun klubla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu