Yeni qaydaların tətbiqi müzakirə olunacaq - Premyer Liqada

01:40 İngiltərə 98
Yeni qaydaların tətbiqi müzakirə olunacaq - Premyer Liqada

İngiltərə Premyer Liqasında maliyyə nəzarəti ilə bağlı yeni və sərt qaydaların tətbiqi gündəmdədir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 21 noyabr tarixində Premyer Liqa klubları ümumi iclasda yeni maliyyə limitlərinin tətbiqinə səs verəcək.

Müzakirə ediləcək əsas məsələ – klubların oyunçulara maaş, transfer və agent haqları üzrə xərclərini məhdudlaşdırmaqdır.

Yeni təklifə görə, bu xərclər liqanın ən zəif klubunun televiziya hüquqları və mükafatlardan qazandığı gəlirin beş qatını keçməməlidir.

Cəza tədbirləri olaraq yeni sistemi pozan klublardan 6 xal silinməsi, üstəlik, hər 6,5 milyon funt sterlinq əlavə xərc üçün əlavə 1 xal silinməsi təklif olunur.

Ötən mövsüm başlamazdan əvvəl bu qayda artıq bir dəfə rədd edilmişdi. Qayda bu mövsüm qüvvədə olsaydı, klubların maksimum ümumi xərci təxminən 550 milyon funt sterlinq təşkil edəcəkdi.

Yeni qaydalara qarşı ən çox narazılıq “Mançester Siti” və “Mançester Yunayted” tərəfindən ifadə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM