"Bəs niyə ehtiyacımız olmayan birini aldıq?" - Transfer siyasətini tənqid etdi

16 Oktyabr 22:00 İngiltərə 155
"Bəs niyə ehtiyacımız olmayan birini aldıq?" - Transfer siyasətini tənqid etdi

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel klubun transferlərindən narazıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Komandada uyğun “6 nömrə” olmadıqda və qapıçı problemləri olanda Benjamin Şeşkoya 70 milyon funt sterlinqdən çox pul xərcləyirsiz.

Təkcə bu mövsüm qapıçı səhvlərinə görə 9 qol buraxdıq. Mən oynayanda, Edvin Van der Sar və David de Xea oynayanda məqsəd komandaya 10 xal gətirmək idi, xal verə bilməzdiz.

Bəs niyə ehtiyacımız olmayan birini aldıq? Çünki skautların rəhbəri də “Leyptsiq”dəndir (hücumçu Şeşko “Mançester Yunayted”ə “Leyptsiq”dən transfer olunub) və özünü sübut etməlidir.

Mənim vaxtımda məşqçi rəis idi. Deyirdi ki, bu gəlir, bu gedir. İndi hər şey fərqli planlarla fərqli insanlar tərəfindən həll edilir.

Necə sabit şərait yarada və komandanı meydana çıxarıb hər matçda qalib gələ bilərsən?”

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM