Keçmiş hücumçusunu geri qaytarmaq üçün təklif hazırlayır - Premyer Liqa təmsilçisi

16 Oktyabr 2025 21:40 İngiltərə 887
Keçmiş hücumçusunu geri qaytarmaq üçün təklif hazırlayır - Premyer Liqa təmsilçisi

“Tottenhem” klubu “Bayern”in hücumçusu Harri Keyni geri qaytarmağı ciddi şəkildə düşünür.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, London klubu Keyni qaytarmaq üçün böyük pullar xərcləməyə hazırdır.

Klub oyunçunun “Bayern”lə müqaviləsində nəzərdə tutulan satınalma maddəsini ödəmək niyyətindədir və həmçinin, Keyni yüksək maaşla təmin etməyə hazırdır.

Keyni almaq ideyasının “Tottenhem”in yeni idman direktoru Fabio Paratiçi tərəfindən irəli sürüldüyü bildirilir.

İngilis hücumçu 2010-2023-cü illərdə “Tottenhem”də çıxış edib. O, bu müddət ərzində klubla bir dəfə də olsun kubok qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!