
“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın son Konfrans Liqasındakı qələbəsini xatırladıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Konfrans Liqası həmin mövsüm qalib gələ biləcəyimiz yeganə turnir idi.
Mən oyunçularımı inandırdım ki, bundan vacib heç nə ola bilməz. Biz tezliklə Klublararası dünya kubokunu da qazandıq”.
"Çelsi” 2024/25 mövsümündə finalda “Betis”i 4:1 hesabı ilə məğlub edərək, Konfrans Liqasında qalib olub.
Qarşılaşma Polşada baş tutub. “Zadəganlar” Premyer Liqanı isə dördüncü pillədə başa vurmuşdular.