“Belə istedad əsrdə bir dəfə yaranır” - Klopp “Qarabağ”ın rəqibinin oyunçusu haqda

02:10 İngiltərə 64
“Belə istedad əsrdə bir dəfə yaranır” - Klopp “Qarabağ”ın rəqibinin oyunçusu haqda

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp komandanın yeni transferi Florian Virtsi dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlisi haqda bunu deyib:

“Belə istedad əsrdə yalnız bir dəfə yaranır. Tezliklə Virts öz istedadını “Bayer”də olduğu kimi, hər oyunda nümayiş etdirəcək”.

Almaniyalı bu ilin iyul ayında 125 milyon avroya “Bayer”dən (Leverkuzen) “Liverpul”a keçib. Lakin o, hələ də öz performansı ilə “qırmızılar”ın azarkeşlərini heyran etməyib.

26 yaşlı hücumçu Premyer Liqa və Çempionlar Liqasında 9 matçda heç bir qol vurmayıb və məhsuldar ötürmə etməyib.

Klopp 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM