İki-üç həftəliyə sıradan çıxdı - “Barselona”nın yarımmüdafiəçisi

13 Oktyabr 2025 23:40 İngiltərə 609
İki-üç həftəliyə sıradan çıxdı - “Barselona”nın yarımmüdafiəçisi

Dani Olmo zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Barselona”nın yarımmüdafiəçisi bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yarımmüdafiəçi Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib.

Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.

Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.

Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti