Daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq

10 Oktyabr 2025 23:20 İngiltərə 672
Daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq

“Aston Villa”nın futbolçusu Yuri Tilemans baldır nahiyəsindən zədələnib.

Sportinfo.az xəbər verir ki, buna görə də yarımmüdafiəçi daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.

28 yaşlı belçikalı oyunçu sentyabrın 13-ü “Everton”la heç-heçə etdikləri (0:0) matçda sıradan çıxıb.

Tibbi müayinələr zamanı ilkin olaraq sağalması gec olan əzələ zədəsi aşkarlanıb.

Y.Tilemans 2023-cü ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti