Premyer Liqasının top-klublarının diqqət mərkəzinə düşdü

10 Oktyabr 00:10 İngiltərə 507
Premyer Liqasının top-klublarının diqqət mərkəzinə düşdü

“Bornmut”un futbolçusu Antuan Semenyo İngiltərə Premyer Liqasının top-klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Mançester Yunayted” və “Tottenhem”in əsas transfer hədəflərindən biri kimi qiymətləndirilir.

Hər iki klub 2026-cı il üçün Semenyonu prioritet seçim hesab edir.

“Transfermarkt” portalı qanalı oyunçunun dəyərini 40 milyon avro civarında göstərsə də, “Bornmut”un təxminən 100 milyon avro tələb etməsi gözlənilir.

Semenyo cari mövsümdə yüksək səviyyədə çıxış edir. O, Premyer Liqada 7 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!