Bundan sonra yeni qapıçı almayacaq - “Qarabağ”ın rəqibi

10:00 İngiltərə 146
Bundan sonra yeni qapıçı almayacaq - “Qarabağ”ın rəqibi

“Çelsi” qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırmır.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi komandanın hazırkı “bir nömrə”si Robert Sançezin tez-tez tənqid olunmasına baxmayaraq, onun çıxışından razıdır.

Həmçinin, Sançezin əvəzləyicisi Filip Yorqensen və “Strasburq”a icarəyə verilmiş Mayk Penders də klubun gələcək planlarında yer alır.

Beləliklə, “Çelsi” nə 2026-cı ilin yayında, nə də qışda yeni qapıçı transferi həyata keçirməyi düşünür.

Enzo Mareskanın komandası hazırda Premyer Liqanın turnir cədvəlində 7 oyundan sonra topladığı 11 xalla 7-ci pillədə qərarlaşıb.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti