“Qarabağ”ın rəqibinin ehtiyac duyduğu oyunçunun adını çəkdi

15:20 İngiltərə 244
“Qarabağ”ın rəqibinin ehtiyac duyduğu oyunçunun adını çəkdi

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker “Liverpul”da hazırda çatışmayan oyunçunun adını çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Trent Aleksander-Arnoldun “qırmızılar”ın hücumuna verdiyinin əvəzini verə bilmirlər. Onun kimi başqa oyunçu yoxdur.

Məhəmməd Salah həqiqətən də gözəl tərəfdaşlıq qurduğu Arnold üçün darıxır. Onun müdafiə oyununu unuda bilərsiz, çünki o, hücuma çox böyük töhfə verirdi”.

27 yaşlı futbolçu İngiltərə klubundan ayrılaraq “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına kimidir.

“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti