
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mətbuatda portuqaliyalı oyunçunun mövsümün sonunda Səudiyyə Ərəbistanı çempionatına transfer oluna biləcəyi haqda xəbərlər yayılmışdı.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün diqqətini “Mançester Siti”də yaxşı mövsüm keçirməyə yönəltdiyini deyib:
“Bütün diqqətimi ‘Mançester Siti’də yaxşı mövsüm keçirməyə yönəltmişəm. Komandanı və klubu layiq olduğu səviyyəyə qaytarmaq üçün əlimdən gələni edəcəm”.
Silva 2017-ci ildən “şəhərlilər”in formasını geyinir. O, bu müddətdə komanda ilə 414 oyuna çıxaraq, 72 qol vurub və 74 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.