
“Liverpul”un və Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Yurgen Klopp gələcəyi ilə bağlı açıqlama verib.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis gələcəkdə nə olacağını dəqiq deyə bilməyəcəyini bildirib:
“Liverpul”dan ayrıldıqdan sonra istirahət etdim, həyatdan zövq aldım, nəvələrimlə vaxt keçirdim. Amma bilirdim ki, uzun müddət işsiz qala bilmərəm.
Eyni zamanda, baş məşqçi kimi geri dönəcəyim ehtimalı çox az idi. Bir daha? Düşünürəm ki, bəli. Amma gələcəkdə nə olacağını dəqiq deyə bilmərəm”.
Klopp “Liverpul”la İngiltərə Premyer Liqasının çempionu olub və Çempionlar Liqasını qazanıb. Hazırda o, futbol sistemində – “Red Bull”la işləyir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.