100 milyon avroluq hücumçu ilə maraqlanır - “Qarabağ”ın rəqibi

01:30 İngiltərə 98
100 milyon avroluq hücumçu ilə maraqlanır - “Qarabağ”ın rəqibi

“Bayern”in hücumçusu Mikael Olise İngiltərənin iki aparıcı klubunun diqqət mərkəzindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Mançester Siti” fransalı forvardı heyətinə qatmaq istəyir.

Münhen təmsilçisinin Oliseni satmaq üçün tələb etdiyi məbləğ 100 milyon avrodan çoxdur. Ancaq hazırda klub onu saxlamağı və yeni müqavilə imzalamağı planlaşdırır.

23 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 8 oyunda iştirak edib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Almaniya klubu ona sərfəli müqavilə təklif etməyə hazırdır.

Oliseni heyətinə qatmaq istəyən klublardan “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:30 Çək və bizə göndər!
27 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM