
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Huqo Ekitikenin meydandan qovulmasına görə cəzalandırılmayacağını açıqlayıb.
“Qırmızılar”ın fransalı forvardı İngiltərə Liqa kubokunda “Sauthempton”la matçda fasilədən dərhal sonra meydana çıxıb və 53-cü dəqiqədə rəqibini saxlayaraq topu kənara atdığı üçün sarı vərəqə ilə cəzalandırılıb.
Ekitike 85-ci dəqiqədə komanda yoldaşı Federiko Kyezanın ötürməsindən yararlanaraq qol vurub və mersisaydlıları hesabda 2:1 önə keçirib.
O, qoldan sonra köynəyini çıxardığına görə oyunun baş hakimi Tom Bramell ona ikinci sarı vərəqəni göstərib və meydandan qovub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu klubda dərhal cəza tətbiq edilmədiyini bildirib:
“Bu klubda səhv etmək olar, dərhal cəza tətbiq olunmur”.
Klubun cəza olaraq, Ekitikenin iki həftəlik maaşını kəsəcəyi bildirilirdi.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.