17 yaşlı hücumçu ilə ilk peşəkar müqavilə bağladı - "Qarabağ”ın rəqibi

26 Sentyabr 2025 10:20 İngiltərə 723
17 yaşlı hücumçu ilə ilk peşəkar müqavilə bağladı -

Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Liverpul” hücumçusu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı anlaşmanın müddəti və digər detalları açıqlanmayıb.

Mersisayd akademiyasının 17 yaşlı oyunçusu bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda 4 oyuna çıxıb. Nqumoa “Liverpul”da debütünü cari mövsümdə İngiltərə Kuboku çərçivəsində “Akrinqton”la matçda (4:0) edib.

O, Premyer Liqanın 2-ci turunda “Nyukasl”la oyunda (3:2) qələbə qolunu vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti