“Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır - İspanlar

29 Avqust 2025 00:20 İngiltərə 442
“Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır - İspanlar

“Elçe” “Mançester Yunayted”də çıxış edən niderlandlı futbolçu Tayrell Маlаsiayaya maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “vi.nl” portalı məlumat yayıb.

Artıq tərəflər arasında oyunçunun mümkün transferi ilə bağlı danışıqlara başlanılıb.

Sol cinahda həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edə bilən universal futbolçu özünü yeni komandada sınamaq istədiyini açıqlayıb.

Daha əvvəl Malasiyaya “Lill” və “Roma” da maraq göstərib.

26 yaşlı futbolçu ötən mövsüm “Mançester Yunayted”in heyətində 9 oyun keçirib. O, həmçinin, icarə əsasında çıxış etdiyi Niderlandın PSV klubunda da 11 matçda forma geyinib.

Malasiya Niderland milli komandasının heyətində 9 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"