Tanınmış hücumçuya ən yaxşı təklifi hansı klub göndərib?

29 Avqust 2025 00:10 İngiltərə 488
Tanınmış hücumçuya ən yaxşı təklifi hansı klub göndərib?

“Lester” in sabiq hücumçusu Ceymi Vardinin gələcək karyerası ilə bağlı məlumatlar ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı forvard üçün ən cəlbedici təklif İtaliyanın “Kremoneze” klubundan gəlib.

Vardi İngiltərə Premyer Liqasında oynamağa üstünlük versə də, oradan heç bir rəsmi təklif almayıb.

O, 2012–2025-ci illərdə “Lester”də çıxış edib, 500 oyuna qatılıb, 200 qol vurub və 71 məhsuldar ötürmə verib.

Həmçinin, Vardi “Lester”lə İngiltərə çempionu olub, ölkə kuboku və superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"