
Sportinfo.az xəbər verir ki, “Liverpul”un yeni transferi Ceremi Frimponq Mersisayd klubundakı məqsədi barədə danışıb.
Niderlandlı futbolçu “harada oynamışamsa, həmişə kuboklar qazanmışam” deyərək, bu uğur zəncirini “Liverpul”da da davam etdirmək niyyətində olduğunu bildirib:
“Harada olmuşamsa, həmişə liqa və kubok titullarını qazanmışam. Bu, hər zaman belə olub.
İndi isə bu ənənəni “Liverpul”da davam etdirmək istəyirəm. Məqsədim mersisaydlılarla mümkün qədər çox kubok qazanmaqdır”.
Frimponq ötən günlərdə Leverkuzen “Bayer”indən “Liverpul”a transfer olunub. O, “qırmızılar”la müddəti 2030-cu ilin ortalarınadək olan müqavilə imzalayıb.
24 yaşlı müdafiəçi ötən Bundesliqa mövsümündə 33 oyun keçirib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.