
“Mançester Siti”nin hücumçusu Divin Mubama karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya Premyer Liqanı tərk edən və Çempionşipə düşən “İpsviç” maraq göstərir. Klub artıq “şəhərlilər”ə onun transferi ilə bağlı rəsmi sorğu göndərib.
“Mançester Siti” ingiltərəli forvardı 12 milyon avro dəyərində qiymətləndirir. Ona Fransanın “Lill” klubu da maraq göstərir.
Mubama ötən yay “Vest Hem”dən 1,4 milyon avroya transfer olunub. O, son mövsümdə Premyer Liqada cəmi bir matçda meydana çıxıb,
“İpsviç”ə qarşı 6:0 hesabı ilə başa çatan görüşdə 27 dəqiqə oynayıb.