Fransalı müdafiəçinin transferini nəzərdən keçirirlər

30 May 15:40 İngiltərə 241
Fransalı müdafiəçinin transferini nəzərdən keçirirlər

“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba “Liverpul”un maraq dairəsinə düşüb.

Almaniya klubu gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak etməyəcək və bu, əsas oyunçularını komandada saxlamaqda çətinlik yarada bilər.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi fransalı futbolçunun transferini nəzərdən keçirir.

“Liverpul” Lukebanı yayda heyətə cəlb etməyi planlaşdırır və artıq bu istiqamətdə ilkin addımlar atılıb.

22 yaşlı oyunçu bu mövsüm “Leyptsiq”in heyətində 31 oyunda meydana çıxıb. O, qol və məhsuldar ötürmə ilə yadda qalmasa da, sabit çıxışı ilə diqqət mərkəzinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti