İspaniya nəhəngi 100 milyon avro verməyə hazırdır – Haland üçün

8 Yanvar 2024 18:40 İngiltərə 710
İspaniya nəhəngi 100 milyon avro verməyə hazırdır – Haland üçün

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Real”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, norveçli futbolçunun müqaviləsində 100 milyon avro qarşılığında İngiltərə xaricində hansısa bir kluba transfer ola biləcəyinə dair bənd var.

Madrid təmsilçisi isə 23 yaşlı forvardın bu məbləğə layiq olduğunu düşünür. Klub Halanda görə 100 milyon avro ödəməyə hazırdır.

Haland bu mövsüm Premyer Liqada 15 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti