”Onunla əməkdaşlığı davam etdirə bilməyəcəyik, mövsümün sonunadək bizimlə olmayacaq”

8 Yanvar 2024 12:00 İngiltərə 664
”Onunla əməkdaşlığı davam etdirə bilməyəcəyik, mövsümün sonunadək bizimlə olmayacaq”

“Tottenhem”in vingeri İvan Perişiç komandadan ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Angelos Postekoqlu İngiltərə mətbuatına açıqlamasında təsdiqləyib:

“Perişiç çox işləyir. Onun təcrübəsi bizim üçün vacib idi, lakin düşünürəm ki, biz əməkdaşlığı davam etdirə bilməyəcəyik. O, mövsümün sonuna qədər bizimlə olmayacaq”.

35 yaşlı futbolçu 2022-ci ildən “Tottenhem”də çıxış edir. Onun sözləşməsi bu ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti