Hücumçusuna 100 milyon qiymət qoydu - Premyer Liqa klubu

6 Yanvar 2024 20:40 İngiltərə 830
Hücumçusuna 100 milyon qiymət qoydu - Premyer Liqa klubu

“Brentford” klubu hücumçusu İvan Toninin satışından 100 milyon funt sterlinq qazanmağı hədəfləyib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi göstərilən məbləğdən aşağı təklifləri qəbul etmək niyyətində deyil.

27 yaşlı futbolçu ilə “Çelsi” və “Arsenal” maraqlanır.

Toni 2023-cü ilin mayında qeyri-qanuni idman mərc oyunları oynadığına görə 8 ay futboldan kənarlaşdırılıb. Günahını etiraf edən İngiltərə millisinin üzvü 2024-cü il yanvarın 16-dək diskvalifikasiya olunub.

Forvard 2022/23 mövsümündə bütün yarışlarda “Brentford”un heyətində 35 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon funt sterlinq qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti