İspan müdafiəçi ilə müqaviləni ləğv edəcək – “Mançester Yunayted”

3 Yanvar 2024 21:00 İngiltərə 606
İspan müdafiəçi ilə müqaviləni ləğv edəcək – “Mançester Yunayted”

“Mançester Yunayted” komandada icarə əsasında çıxış edən “Tottenhem”in müdafiəçisi Serxio Reqilonla müqaviləyə xitam verəcək.

Sportinfo.az xəbər verir ki, Mançester təmsilçisi müqavilədəki əməkdaşlığın erkən dayandırılması variantını aktivləşdirmək qərarına gəlib.

Klub rəhbərliyi və məşqçilər korpusu çoxdan qərara gəlib ki, yanvar ayında Reqilonla vidalaşsınlar. Futbolçunun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Reqilon bu mövsüm “Mançester Yunayted”lə bütün turnirlərdə 12 matçda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti