Futbolçusu virusa yoluxdu - Premyer Liqa klubunun

30 Dekabr 2023 22:00 İngiltərə 508
Futbolçusu virusa yoluxdu - Premyer Liqa klubunun

“Bornmut”un yarımmüdafiəçisi Həmed Traore malyariyaya yoluxub.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Andoni İraola da komandasının 23 yaşlı futbolçusunun hazırda xəstəxanada olduğunu təsdiqləyib:

“Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.

Fil Dişi Sahilindən olan oyunçu bu yay “Sassuolo”dan 26 milyon avroya “Bornmut”a keçib. 2023/24 mövsümündə Traore 6 oyuna çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti