Premyer Liqada oyun vaxtı məşhur futbolçunun evi qarət olundu – 1 milyonluq oğurluq

30 Dekabr 2023 00:20 İngiltərə 585
Premyer Liqada oyun vaxtı məşhur futbolçunun evi qarət olundu – 1 milyonluq oğurluq

“Mançester Siti”nin futbolçusu Cek Qrilişin malikanəsi qarət olunub.

Sportinfo.az xəbər berir ki, soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.

Hadisə Premyer Liqanın 19-cu turunun “Everton” - “Mançester Siti” matçı (3:1) zamanı baş verib. Həmin vaxt 28 yaşlı vingerin ailə üzvləri evin birinci mərtəbəsində olub və oyunu izləyiblər.

“Mançester Siti” Cek Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan transfer edib.

İngiltərə millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti