Millinin qadın keçmiş futbolçusunun cəsədi tapıldı - MEŞƏDƏ

29 Dekabr 2023 21:40 İngiltərə 891
Millinin qadın keçmiş futbolçusunun cəsədi tapıldı - MEŞƏDƏ

Karlar üzrə çünya çempionatında Böyük Britaniyaya bürünc medal qazandıran ingiltərəli qadın futbolçu Qemma Visman meşədə ölü tapılıb.

Sportinfo.az xəbər verir ki, Vismanın ölüm səbəbi hələlik məlum deyil.

Onun cəsədini dekabrın 16-da, Norviç şəhərinin yaxınlığında bir sakin aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

33 yaşlı Qemma Visman 2016-cı ildə İtaliyada keçirilən karlar üzrə dünya kubokunda Böyük Britaniya yığmasının heyətində 3-cü yeri tutmuşdu. Onun 3 yaşlı qızı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti