"Mövsümün ilk yarısının eniş-yoxuşları oldu, çətinliklər oldu"

28 Dekabr 2023 18:20 İngiltərə 512
"Mövsümün ilk yarısının eniş-yoxuşları oldu, çətinliklər oldu"

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 19-cu turunun matçında “Kristal Pelas” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, oyundan çox razı qaldığını söyləyib:

“Çoxlu şanslar yaratdıq. Oyundan çox razıyam.

Oyunçular komandaya uyğunlaşmalıdırlar və bu, Kristofer Nkunku üçün mühüm addımdır.

Premyer Liqa həqiqətən çətin liqadır və bizə sabitlik lazımdır. Mövsümün ilk yarısının eniş-yoxuşları oldu, çətinliklər oldu.

Amma biz pozitivik və top-klublarla rəqabət apara biləcəyimizi göstərməliyik”.

“Çelsi” 25 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 10-cu pilləyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti