“Mançester Siti” “River Pleyt”in yarımmüdafiəçisi Klaudio Jeremias Eçeverrini transfer edəcək.
Sportinfo.az xəbər verir ki, 17 yaşlı futbolçunun transfer prosesi sürətlə davam edir.
Artıq tərəflər arasında müqavilənin şərtləri razılaşdırılıb. “Şəhərlilər”in Argentina klubuna 22,7 milyon avro ödəyəcəyi bildirilir.
Lakin hazırda “Mançester Siti”nin qarşısında bir problem var. Eçeverrin yaş həddi çatmadığına görə, o, Avropada oynamaq üçün 6 ay gözləməli olacaq.
Buna baxmayaraq, klub futbolçudan əl çəkməyəcək. Mançester klubu argentinalı futbolçunu transfer edib, daha sonra 6 aylıq “River Pleyt”ə icarəyə göndərməyi düşünür.

