Pulunu artırmaq, müqavilə müddətini yenə uzatmaq istəyirlər

27 Dekabr 2023 12:20 İngiltərə 537
Pulunu artırmaq, müqavilə müddətini yenə uzatmaq istəyirlər

“Liverpul” rəhbərliyi Mohammed Salahın yayda klubu tərk edərək Səudiyyə Ərəbistanına yollana biləcəyindən narahatdır.

Sportinfo.az xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi artıq 31 yaşlı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

İngilislər onun müqavilə müddətinin 2027-ci ilin yayına qədər artırılmasına çalışacaq.

Yeni müqaviləyə əsasən futbolçunun maaşı da artırılacaq. Salahın “Liverpul”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. “Əl-İttihad”ın misirlini transfer etməkdə israrlı olduğu bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti