15 yaşlı hücumameylli yarımmüdafiəçi transfer etdi - Premyer Liqa təmsilçisi

26 Dekabr 2023 15:40 İngiltərə 869
15 yaşlı hücumameylli yarımmüdafiəçi transfer etdi - Premyer Liqa təmsilçisi

“Mançester Siti” yeni futbolçu alıb.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” “Lids”in 15 yaşlı hücumameylli yarımmüdafiəçisi Finley Qormanı transfer ediblər.

Finley İngiltərənin 16 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edib. O, bu mövsüm 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Mançester Siti”nin yeni transferini yaxında rəsmən açıqlayacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti