"Yeddi il sonra başa düşürəm ki, bu, doğrudan da belədir"

26 Dekabr 2023 15:20 İngiltərə 449
"Yeddi il sonra başa düşürəm ki, bu, doğrudan da belədir"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığma komandaya rəhbərlik etdikdən sonra artıq futbolda heç bir işdən qorxmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu vəzifəyə təyin olunarkən “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona dediklərini xatırlayıb:

“Mançester Yunayted”də olarkən Joze Mourinyo ilə danışdığımı xatırlayıram və o, demişdi: “Bilirsən, indiki rolundan sonra hər şeyi edə bilərsən”.

“Ola bilər” deyə, düşündüm. Ancaq yeddi il sonra başa düşürəm ki, bu, doğrudan da belədir”.

Sautqeyt 2016-cı ildən İngiltərə millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda 2018-ci il dünya çempionatında dördüncü yeri tutub,

2019-cu ildə Millətlər Liqasında üçüncü olub və 2020-ci ilin Avropa çempionatında gümüş medala sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti