“Bu, mənim üçün yorucu idi, odur ki, start heyətində yerimi itirdim”

25 Dekabr 2023 10:00 İngiltərə 20 034
“Bu, mənim üçün yorucu idi, odur ki, start heyətində yerimi itirdim”

“Mançester Yunayted”in sabiq hücumçusu, hazırda Almaniya “Hoffenhaym”ında çıxış edən Vout Veqorst İngiltərə klubunda keçirdiyi vaxtları xatırlayıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı “Mançester Yunayted”də oynamağın onun üçün yorucu olduğunu bildirib:

“Biz nadir hallarda dominant futbol oynayırdıq. Bizim oyun tərzimiz öyrəşdiyimdən fərqli idi.

Baş məşqçi məni yarımmüdafiə ilə hücum arasında bağlayıcı rolunda oynamağa məcbur edirdi. Bu, mənim üçün yorucu idi və buna görə də start heyətində yerimi itirmişdim.

Almaniyada və Türkiyədə komandalar həmişə mənim üçün rahat olan üslubda oynayırlar. “Mançester Yunayted”də mənim işim digər oyunçuların uğur qazanmasını təmin etmək idi.

Düşünürəm ki, hər şey mənim üçün çox yaxşı alındı. Amma nə olursa olsun, daha çox qol vurmaq istərdim”.

31 yaşlı futbolçu 2023-cü ilin yanvarında icarə əsasında “Bernli”dən “Mançester Yunayted”ə keçib. Lakin yayda “qırmızı şeytanlar” onunla müqavilə imzalamamaq qərarına gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti