“Bizim Super Liqada iştirakımız dayandırılıb" - Premyer Liqa klubu qərarını açıqladı

24 Dekabr 2023 13:10 İngiltərə 965
“Bizim Super Liqada iştirakımız dayandırılıb" - Premyer Liqa klubu qərarını açıqladı

“Liverpul” Avropa Məhkəməsinin Avropa Super Liqası və UEFA ilə bağlı qərarı barədə bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi bildirib ki, Avropa Məhkəməsinin dünənki qərarı “Liverpul”un Avropa Super Liqası ilə bağlı mövqeyini dəyişmir:

“Bizim Super Liqada iştirakımız dayandırılıb. Biz Avropa Klublar Assosiasiyası vasitəsilə digər klublarla əlaqəmizi davam etdiririk və UEFA-nın yarışlarında iştirak edəcəyik”.

21 dekabrda hüquqi instansiya FİFA və UEFA-nın turnirin keçirilməsinə qoyulan qadağalarını qanunsuz sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM