52 milyon təklif edəcək - Premyer Liqa təmsilçisi

24 Dekabr 2023 00:20 İngiltərə 749
52 milyon təklif edəcək - Premyer Liqa təmsilçisi

“Arsenal” “Sportinq”in müdafiəçisi Qonçalo İnasionu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, “topçular” qış transfer pəncərəsi zamanı müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırırlar.

İngiltərə klubu Portuqaliya millisinin üzvü üçün lissabonlulara 52 milyon funt-sterlinqlik təklif göndərəcək.

İnasio “Sportinq”in yetirməsidir. 22 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 22 matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM