“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun Avropa Super Liqasına qatılmaq fikrində olmadığını bildirib.
Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis planlarının dəyişmədiyini deyib:
“Biz bu fikirlərlə razılaşmırıq. Çempionlar Liqasında oynamağı sevirik və bunu davam etdirəcəyik, planlarımız dəyişmir”.
Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.
Daha sonra Avropa turnirinin formatı məlum olub. Bildirilir ki, İngiltərə klubları Super Liqaya qatılacaqları təqdirdə ölkə çempionatından kənarlaşdırıla bilərlər.

