“Çelsi”nin kapitanı Ris Ceyms uzun müddət meydana çıxmayacaq.
Sportinfo.az xəbər verir ki, ingiltərəli müdafiəçi Finlandiyada əməliyyat olunub.
24 yaşlı futbolçu 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Ris Ceyms İngiltərə Premyer Liqasının 16-cı turunda, “Everton”la oyunda bud nahiyəsindən zədə alıb. Futbolçu bu mövsüm “Çelsi”nin heyətində 9 oyun keçirib.

