4 futbolçusunu satışa çıxardı - Premyer Liqa təmsilçisi

22 Dekabr 2023 18:20 İngiltərə 591
4 futbolçusunu satışa çıxardı - Premyer Liqa təmsilçisi

“Mançester Yunayted” 4 futbolçusunu satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Kazemiro, müdafiəçi Rafael Varan, vinger Ceydon Sanço və hücumçu Antoni Marsiladır.

Klub onların satışından ümumilikdə 230 milyon funt-sterlinq (təqribən 267 milyon avro) qazanmağı planlaşdırır.

Klubun direktoru Con Murtauq bu ayın əvvəlində Səudiyyə Ərəbistanında olub və yanvar transferlərinə görə vəsait toplamaq üçün bu futbolçuları satmağa çalışıb.

Murtauq hələ keçidlərlə bağlı razılığa gəlməyib, lakin bir neçə mühüm əlaqə qurub və yeni danışıqlar aparmağı planlaşdırır.

Kazemiro və Sançonun “Mançester Yunayted”lə müqaviləsi, 2026-cı ilin yayında, Varanın 2025-ci ilin yayında, Marsyalın 2024-cü ilin yayında sözləşməsi başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti