"Futbolda bəzən bəxt lazımdır, o da gəldi"

21 Dekabr 2023 15:40 İngiltərə 467
"Futbolda bəzən bəxt lazımdır, o da gəldi"

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa kubokunun 1/4 finalında “Nyukasl” üzərində qələbədən (1:1, penaltilər 4:2) danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçularına təşəkkür etdiyini bildirib:

“Bu, həqiqətən yaxşı oyun idi. Futbolçulara dedim ki, sona qədər inansınlar.

İnandığımız üçün bu mümkün oldu. Futbolda bəzən bəxt lazımdır, o da gəldi.

Futbolçulara təşəkkür edirəm, çünki onlar fantastik oynadılar. Biz çox xoşbəxtik. Azarkeşlər və klub bu hissə layiqdir.

Bu kimi oyunlar komandanın inkişafı üçün vacibdir. Oyunçuları istiqamətləndirmək və onların həqiqətən təkmilləşməsi üçün platforma yaratmaq bizim məsuliyyətimizdir.

Zamanla çox yaxşı komanda yaradacağıq və “Çelsi” lazım olan yerdə olacaq”.

Londonlular görüşün son dəqiqələrinə kimi hesabda geridə olsalar da, sonda geridönüş edərək, penaltilər seriyasında qələbə qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti