“Onların hegemonluğuna son qoya bilsələr, çox şad olardım”

20 Dekabr 2023 01:40 İngiltərə 14 940
“Onların hegemonluğuna son qoya bilsələr, çox şad olardım”

“Roma”nın baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizənin favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Arsenal” çempion olacağı təqdirdə, sevinəcəyini bildirib:

“Mən deyərdim ki, “Mançester Siti”nin kuboku qazanma faizi 51, “Liverpul”un isə 49-dur.

Təbii ki, “Çelsi” və “Mançester Yunayted” qalib gəlməyəcək. “Arsenal” çempion olsa, sevinərdim.

“Mançester Siti”nin hegemonluğuna son qoya bilsələr, çox şad olardım.

17 turdan sonra “Arsenal” 39 xalla turnir cədvəlində liderlik edir. “Liverpul” 38 xalla ikincidir. Növbəti turda “Liverpul” “Arsenal”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti