“Bu, dəhşətlidir! Bizim üçün çətin bir həftə olacaq”

19 Dekabr 2023 01:30 İngiltərə 612
“Bu, dəhşətlidir! Bizim üçün çətin bir həftə olacaq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının 7 gün ərzində 3 oyun keçirməli olacağına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis onları böyük oyunların gözlədiyini bildirib:

“Çətin bir həftə olacaq. Çərşənbə günü “Vest Hem”lə oynayırıq.

Onlar hazırda çox yaxşı oynayırlar. Sonrakı oyunlar “Arsenal” və “Bernli” ilə olacaq.

Bu, dəhşətlidir. Bu dövrdə kifayət qədər xal qazanacağımıza əmin olmalıyıq. Lakin bundan sonra bizi böyük oyunlar gözləyir”.

“Liverpul” 17 turdan sonra 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM