"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin Premyer Liqanın 17-ci turunda “qırmızı şeytanlar”ın "Liverpul"a qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, irlandiyalı “Sky Sports”a açıqlamasında Mançester təmsilçisi barədə pozitiv danışıb:
"Mançester Yunayted” özünə gəlir. Bu komanda bərpa prosesinin başlanğıcındadır.
Amma problemlər hələ də mövcuddur.
Qollar yoxdur, zədələr, fiziki hazırlığın olmaması problemlərin sübutudur. Lakin komandanın daha yaxşı olmaq üçün şansı var".

