“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted” üzərində ötən mövsümkü 7:0-lıq qələbədən danışıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis bu qələbənin həyatda bir dəfə olduğunu vurğulayaraq, Mançester klubunu tənqid edənlərin yanıldığını bildirib:
“O gün bilirdik ki, 7:0 hesabı həyatda bir dəfə olan nəticədir. Kiməsə növbəti oyunda yardımçı olacaqsa, bu da bu hesabla qalib gələn yox, məğlub komanda üçün olacaq.
Onların yaxşı formada olduğunu görürəm, o zaman bütün bunlar necə yanlış ola bilər? Bunu anlaya bilmirəm”.
Dekabrın 17-də İngiltərə Premyer Liqasının lideri “Liverpul” ondan 10 xal geri qalan “qırmızı şeytanlar”ı qəbul edəcək.

