İngiltərə Premyer Liqasında bədbəxt hadisə baş verib.
Sportinfo.az xəbər verir ki, insident 17-ci turun "Luton" - "Bornmut" matçında tabloda hesab 1:1 göstərkən baş verib.
Belə ki, oyunun 62-ci dəqiqəsində "Luton"un kapitanı Tom Lokyerin meydanda ürəyi dayanıb.
"Luton" öz rəsmi saytında komandanın kapitanının səhhəti ilə bağlı açıqlama verib. Futbolçunun xəstəxanaya köçürüldüyünü, vəziyyətinin stabil olduğunu, hazırda müayinədən keçdiyini və ailəsinin yanında olduğunu qeyd edib.
"Tibbi heyətimiz təsdiqlədi ki, "Luton"un kapitanının meydanda ürəyi dayanıb, lakin onu xərəkdə aparan zaman özünə gəlib.
Çünki stadionda vaxtında təcili tibbi yardım göstərilib. Buna görə hər iki tərəfin həkim briqadalarına bir daha təşəkkür edirik", - məlumatda deyilir.

