“Mən öz rəhbərliyinə sona qədər güvənən insanam”

17 Dekabr 2023 00:20 İngiltərə 592
“Mən öz rəhbərliyinə sona qədər güvənən insanam”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino bildirib ki, London klubunun rəhbərliyi ona etimadı saxlayır.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis nəticə əldə etmək lazım olduğunu bildirib:

“Mən öz rəhbərliyinə sona qədər güvənən bir insanam. Əlbəttə, başa düşürəm ki, nəticə əldə etmək lazımdır.

Mən futbolun nə olduğunu bilirəm. “Çelsi” ilə müqavilə bağlamaq qərarım mənə bu işi təklif edən klub rəhbərliyinə inanmağımla bağlı oldu.

Mən inanmağa davam edəcəm, çünki klub işimə güvəndiyini göstərir”.

“Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir. Komanda 16 turda 19 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti