"Qarabağ"a qarşı oynamış müdafiəçini istəyir - Premyer Liqa nəhəngi

17 Dekabr 2023 00:00 İngiltərə 558
"Qarabağ"a qarşı oynamış müdafiəçini istəyir - Premyer Liqa nəhəngi

"Liverpul" "Bayer"in müdafiəçisini transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi Pyerro İnkapye üçün hərəkətə keçib.

İngiltərə klubu 21 yaşlı ekvadorlunu qış “transfer pəncərəsi”ndə heyətinə qatmağa çalışacaq.

İnkapye ilə "Nyukasl", "Milan" və "Roma" da maraqlanır. Ekvador millisinin üzvü “İndependiente del Valle”, “Tallares”də oynadıqdan sonra 2021-ci ildə Leverkuzen klubuna keçib.

İnkapye "Bayer"in heyətində Avropa Liqasının H qrupunun "Qarabağ"a qarşı görüşlərində meydana çıxmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti