Premyer Liqada daha bir baş məşqçi istefası gözlənilir

14 Dekabr 2023 01:40 İngiltərə 558
Premyer Liqada daha bir baş məşqçi istefası gözlənilir

“Mançester Yunayted” rəhbərliyi komandanın Çempionlar Liqasındakı uğursuzluğuna görə baş məşqçi Erik ten Haqı istefaya göndərə bilər.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” qrup mərhələsindəki 6 turdan sonra cəmi 4 xal toplayıblar və avrokuboklarla vidalaşıblar.

Həmçinin, komandanın Premyer Liqada 16 oyundan sonra 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşması da rəhbərliyi qane etmir.

Artıq Ten Haqın əvəzləyicisi də müəyyənləşib. Klub ispaniyalı mütəxəssis Xulen Lopeteqinin xidmətində maraqlıdır.

Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan ayrılıb və hazırda klubsuzdur.

Ten Haq ötən ilin yayından “Mançester Yunayted”in baş məşqçisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti