Karyerasını Almaniyada davam etdirəcək - İcarə əsasında

14 Dekabr 2023 00:00 İngiltərə 772
Karyerasını Almaniyada davam etdirəcək - İcarə əsasında

“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını Almaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu “Ayntraxt”a keçəcək.

26 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında Frankfurt təmsilçisinin heyətində çıxış edəcək.

“Mançester Yunayted” Donni van de Beeki 2020-ci ilin yayında “Ayaks”dan transfer edib. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 2 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM